Bakıda tanınmış bankir vəfat etdi
    • 28-03-2023, 13:08
    • 216

Bakıda tanınmış bankir vəfat etdi

“Günaybank” ASC-nin müşahidə şurası sədrinin referenti, tanınmış bankir Sabir Ağayev vəfat edib.

News24.az bu barədə banka istinadən xəbər verir. S.Ağayevin xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib. 

Qeyd edilib ki, uzun illər bankın rəhbərliyində təmsil olunan S.Ağayevin ailə üzvləri də bankda fəaliyyət göstərir. S.Ağayev həmçinin uzun müddət “Günaybank”ın Kredit departamentinin direktoru və İdarə Heyətinin üzvü olub.