Azərbaycan ordusunun ehtiyata buraxılan zabiti vəfat etdi - FOTO
    • 22-03-2023, 22:57
    • 272

Azərbaycan ordusunun ehtiyata buraxılan zabiti vəfat etdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin ehyiyatda olan zabiti, 48 yaşlı Adil Allahverdi oğlu Ağayev vəfat edib.

News24.az xəbər verir ki, yaxınları A.Ağayevin qəfil vəfat etdiyini bildiriblər.

Qeyd edilib ki,  A.Ağayev Azərbaycan Ali Hərbi Məktəbinin ilk buraxılış zabitlərindən olub. Bir müddət əvvəl o, səhhəti ilə bağlı mayor rütbəsində ehtiyata buraxılıb.