Avtobusda dəhşət! Gənc qızı qandallarla dəmirə bağlayıb... - FOTO
    • 28-03-2023, 15:28
    • 528

Avtobusda dəhşət! Gənc qızı qandallarla dəmirə bağlayıb... - FOTO

Türkiyənin Sakaryada şəhərdə sərnişin daşıyan mikroavtobusda 21 yaşlı qıza qarşı cinsi təcavüzə cəhd edilib. 

News24.az xəbər verir ki, həmin şəxsin qızı döydü bildirilib.

Hadisə 2022-ci il noyabrın 28-də gecə saatlarında baş verib. İddiaya görə, İstanbulda universitetdə oxuyan gənc qız Sakaryayay ailəsinin yanına gələrkən mikroavtobusa minib. 

Həmin vaxt nəqliyyat vasitəsində tək sərnişin şiddətə məruz qaldığı iddia edilən xanım olub.

Sürücü Yunus Əmrə parkında nəqliyyat vasitəsini saxlayıb və qapıları kilidləyib.

Gənc qızı plastik qandallarla mikroavtobusun tutacaqlarına bağlayan təcavüzkar müqavimət göstərdiyi üçün onu döyüb. .

Qız yaşadığı dəhşəti ailəsinə danışıb.

Hadisə yerinə gələn polis qrupları şübhəlini Adapazarı rayonu Orta Qarac ərazisində gizləndiyi ünvanda yaxalayaraq saxlayıb.

Təqsirləndirilən şəxs öncə polisə verdiyi ifadələrdə törətdiyi cinayəti etiraf etsə də, hakim qarşısındakı ittihamlarla razılaşmayıb. 

Hadisə ilə bağlı hazırlanan və qəbul edilən ittiham aktında həmin şəxsə “zor tətbiq etməklə seksual xarakterli hərəkətlər üçün azadlıqdan məhrum etmə” və “cinsi zorakılığa cəhd” cinayətinə görə 9 ildən az olmamaq şərti ilə 3 ildən 10 ilədək, "hədə-qorxu" cinayətinə görə 9 aydan 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası istənilib. /Haber Global/

Teymur MƏMMƏDOV