Bakı-Qazax yolunda ağır qəza - FOTOLAR

Bakı-Qazax yolunda ağır qəza - FOTOLAR Hadisə

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Bakı-Qazax yolunda ağır qəza - FOTOLAR