Anar Nağılbazın həyat yoldaşı: "Haqqımda gəzən şayiələr..."
    • 5-02-2019, 16:12
    • 1 538

Anar Nağılbazın həyat yoldaşı: "Haqqımda gəzən şayiələr..."

Mərhum repçi Anar Nağılbazın həyat yoldaşı Anjelika Cəbiyeva övladlarının atasının məzarını ziyarət etməsinə qadağa qoyması barədə gəzən şayiələrə aydınlıq gətirib.

Cəbiyeva söhbətində bildirib ki, oğlu Tamerlanı və  qızı Şərqiyyəni tez-tez atasının məzarını ziyarət etməyə aparır:

"Martın 28-də Anarın 43 yaşı tamam olur. Həmin gün də övladlarımla Anarın məzarını ziyarət edəcəyik. Uşaqlarımın babasıgillə də münasibətləri çox yaxşıdır. Yəni, haqqımda deyilənlər, gəzən şayiələr tamamilə əsassızdır".

Qeyd edək ki, Anar Nağılbaz 2018-ci ilin avqust ayının 4-də vəfat edib.

//Olke.az