"Suriyaya kömək etməyə hazırıq" - Hakan Fidan
    • Dünən, 22:04
    • 83

"Suriyaya kömək etməyə hazırıq" - Hakan Fidan


Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı kürd qruplaşmalarını dərhal öz birləşmələrinin fəaliyyətinə son qoymağa çağırıb.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Fidan həmçinin bildirib ki, Türkiyə terrorla mübarizədə Suriyaya kömək etməyə hazırdır.

Bundan əlavə, diplomatın sözlərinə görə, Türkiyənin dövlət idarələri və özəl sektoru Suriyanın yenidən qurulmasında iştirak etməyə və ölkənin yeni hakimiyyət orqanlarına dövlət institutlarının bərpasında kömək etməyə hazırdır.