DƏHŞƏT! 14 yaşlı oğlanı öldürüb, cəsədini dəmiryoluna atdılar
    • 29-03-2023, 16:30
    • 688

DƏHŞƏT! 14 yaşlı oğlanı öldürüb, cəsədini dəmiryoluna atdılar

Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin Dəmiryolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.