-
- 29-03-2023, 17:48
- 462
Netanyahu İsrail nazirlərinə Baydenlə bağlı qadağa qoydu
İsrailin baş naziri Benyamin Netanyahu hökumət nazirlərinə ABŞ prezidenti Co Baydenin İsrailin məhkəmə islahatlarını tənqid etməsinə münasibət bildirməkdən çəkinməyi tapşırıb.
News24.az xəbər verir ki, baş nazir sərəncamı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Baydenin sözlərinə cavab olaraq İsrailin “Amerika bayrağındakı növbəti ulduz olmadığını” deməsi və Amerika liderindən İsrailin daxili işlərinə qarışmamağı tələb etməməsindən sonra verib.
Bundan əlavə, Nazirlər Kabinetinin digər üzvü, Mədəniyyət və İdman naziri Miki Zohar "Twitter" hesabında Baydenin bütün saxta xəbərlərə inandığını yazıb. Siyasətçi daha sonra paylaşımı mesajı silib. Nazir bunu İsrailin ən böyük müttəfiqi olan Birləşmiş Ştatlarla mühüm əlaqələrə hörmətinə görə etdiyini bildirib.
Qeyd edək ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Co Bayden İsraildə məhkəmə islahatlarına qarşı çıxıb və Netanyahunun layihədən imtina edəcəyinə ümid etdiyini bildirib. /TASS/
Teymur MƏMMƏDOV