Əmircanda açıq ərazidə yanğın başladı

Əmircanda açıq ərazidə yanğın başladı Gündəm
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən News24.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.