Şimali Kipr Türk Respublikasının prezidentinə hücum cəhdi olub
    • 29-03-2023, 23:30
    • 831

Şimali Kipr Türk Respublikasının prezidentinə hücum cəhdi olub

Büyük Britaniyanın paytaxtı Londonda Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatara hücum cəhdi olub.

News24.az-ın xəbərinə görə, bu barədə TRT kanalı məlumat yayıb.

Qeyd olunub ki, yunan Kiprinin nümayəndələri Tatarın konovuyunun qarşısını alaraq Yunanıstan bayraqları və “Kıbrıs yunandır, yunan qalacaq, türklər çölə” kimi şüarlarla hücum cəhdi ediblər.