Hərbi hissədə partlayış - VİDEO
    • 12-09-2019, 11:33
    • 1 092

Hərbi hissədə partlayış - VİDEO

Hərbi hissədə yerləşən silah anbarında partlayış olub.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış Şimali Kipr Türk Cümhuriyyətinin Kireniyadakı hərbi bölgəsindədəki silah-sursat anbarında baş verib.

NTV telekanalının canlı yayımına qoşulan Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersay, itki olmadığını və partlayışların əhəmiyyətli dərəcədə azaldığını açıqlayıb.

Partlayış nəticəsində Kireniyada yerləşən otelin şüşələri sınıb. Türistlər gecəni çimərlikdə keçiriblər. Hərbi hissəyə yaxın ərazidə yaşayan sakinlər evakuasiya olunub. Yanğın nəzarət altına alındıqdan sonra, sakinlər evlərinə qaytarılıb.