Rusiyalı ekspert: “Putin Ərdoğanın qalib gəlməsinə kömək etmək üçün Türkiyəyə gedir”
    • 30-03-2023, 09:50
    • 159

Rusiyalı ekspert: “Putin Ərdoğanın qalib gəlməsinə kömək etmək üçün Türkiyəyə gedir”

Rusiyalı siyasi ekspert Sergey Markov Putinin aprelin 27-də Türkiyəyə edəcəyi səfəri şərh edib.

News24.az xəbər verir ki, Markov Putinin Ukrayna ilə sülh danışıqları üçün Ərdoğanla müzakirələr aparacağını deyib:

"Putin böyük ehtimalla zəlzələ baş verən bölgələrə səfər edəcək. O, həm taxıl sazişi, həm də sülh danışıqları aparacaq. Çünki Ukraynada sülh danışıqlarının vaxtı hələ apreldə baş tutmayacaq. Həmçinin, görünür, hökumətlərarası komissiya da olacaq".

Ekspertin fikrincə, Putinin Türkiyəyə səfərinin əsas məqsədi dostu Ərdoğanın seçkilərdə qalib gəlməsi və prezident olaraq qalmasına kömək etməkdir.