“Məni efirdən qaçıran internetdir”
    • 30-03-2023, 14:47
    • 276

“Məni efirdən qaçıran internetdir”

Əməkdar artist Teymur Əmrah efirlərə gec-gec çıxmasının səbəbini açıqlayıb.

News24.az olay-a istinadən xəbər verir ki, o bu barədə “Səhər mərkəzi” verilişində danışıb. Sənətçi bunaun günahkarının sosial şəbəkələr və internet platformaları olduğunu bildirib:

“Məni efirdən qaçıran internetdir. Bir verilişə çəkilirik, sonra yutuba yerləşdirilir. Rəy yeri açıq olacaq. Kim istəyir məni tərifləyəcək, kim istəyir söyəcək. Sizi inandırım ki, onu tamaşaçılar yazmır, məni sevməyən həmkarlarım yazır”.