-
- 30-03-2023, 15:42
- 405
Elza Seyidcahanı borca salan konserti: "Utandım..."
Əməkdar artist Elza Seyidcahanın "Mahnılar və şeirlər" adlı solo konserti baş tutub.
Müğənni 4 saat davam edən çıxışı haqda Axşam.az-a açıqlama verib. O bildirib ki, arzuladığı kimi konserti ərəsəyə gətirə bilib:
"Qeyri-adi, möhtəşəm bir gecə oldu. Bir yerdəki peşəkarlıq var, orada necə ola bilərdi? Tamaşaçılarım da özüm kimi musiqi vurğunları idi. Peşəkar musiqiçilər məni müşayiət etdi. Gecə 4 saat davam etdi, özüm belə utandım. Sonda tamaşaçılardan üzr istədim ki, 4 saat səhnədə olmaq olar? Qırğızısdan səfirinin köməkçisi, bir çox mədəniyyət xadimi, Ramiz Rövşən gecədə qonaq oldu. Məleykə Əsədova, Gülüstan Əliyeva, Firuzə İbadova səhnədə mənimlə birlikdə oxudular. Mənim üçün modelyerlər Fikrət Əliyev və Leyla Əhmədova 6 libas hazırlamışdı. Geyimlərimin biri isə konfet kağızından idi. Heç çatdırıb bütün geyimləri geyinə bilmədim. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevaya dəstəyi üçün təşəkkür edirəm. Konsertdə ən böyük şounu isə nəvəm Akif etdi. Mənə gül vermək üçün səhnəyə çıxanda ağladı ki, anamsız səhnəyə çıxmıram. Bu tədbirdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Konsertin aparıcılığını Leyla Quliyeva etdi".
E.Seyidcahan bildirib ki, tədbir ürəyincə keçsə də, maddi tərəfdən borca düşüb:
"Neçə il əvvəl Heydər Əliyev Sarayında konsert verdim, hələ də ona görə borc ödəyirəm. İndi də oğlum dedi ki, niyə edirsən, bu yükün altına girirsən? Onsuz da pul qazanmırsan, ancaq ödəyirsən. Musiqiçilərin qonorarı, məşq zamanı yeməkləri - bir çox şeyə ödəniş etməliyəm. Bundan peşman da deyiləm. Hamı məni tanıyır, bilirlər ki, borcumu ödəyəcəyəm. Əsas odur ki, sənət üçün nəsə etdim. Rəfiqəm sual verdi ki, vacibdir bu konsert? Ona dedim ki, balan üçün ev alırsan, toy edirsən, ondan pul gözləyirsən? Sənət də mənim balamdır, ondan pul gözləmirəm. Musiqilərimlə xalqıma xidmət edirəm. Allah ruzimi verəcək və mən də ödəmələrimi edəcəyəm. Musiqiçilər də sağ olsun, deyirlər ki, Elza xanım, narahat olmayın".