"Gilavar" qrupu "Elza Seyidcahanla reklam olunmağa ehtiyac duymuruq" - QALMAQAL
    • 19-12-2018, 13:22
    • 1 527

"Gilavar" qrupu "Elza Seyidcahanla reklam olunmağa ehtiyac duymuruq" - QALMAQAL

"Gilavar" qrupunun əməkdar artist Elza Seyidcahan haqda verdiyi açıqlama ötən gündən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Qrupun açıqlamasını müxtəlif yerlərə yozanlar var. Hətta bəzi məşhurlar açıqlamanı oxuyaraq təəccüblərini gizlətməyiblər. Aralarında qrup üzvlərinə haqq qazandıranlar da olub. Bildiriblər ki, Seyidcahanı çox doğru təsvir ediblər. Nədən ki, müğənni həqiqətən də kameralar önündə gündəm xatirinə 180 dərəcə dəyişmək kimi "performansa" sahibdir...

"Gilavar"ın üzvləri isə onların əməkdar artist haqda dediklərini reklam xatirinə etdiklərini deyənlərə cavab veriblər. Bildiriblər ki, belə niyyətləri olsaydı, əvvəldən bu haqda danışardılar:

"Sadəcə bizə bu haqda sual verilib, biz də cavab vermişik. Üstəlik, aramızdan biri Elza xanımı daha yaxından tanıyır, açıqlama verdiyi kimi, müsabiqələrin birində onun qrupunda yarışıb. Nə görübsə, onu deyib. Özündən heç nə uydurmayıb. Qrup üzvümüz Elşadın dediklərini təstiqləyənlər də var".

Qrup üzvləri onu da bildiriblər ki, sözügedən açıqlamanı verməklə Seyidcahanın üzərindən əsla reklam qazanmaq kimi niyyətləri olmayıb. "Bizim sənətimiz var. Elza Seyidcahanın üzərindən reklam qazanmağa ehtiyacımız yoxdur" - deyərək, müğənninin onlar üçün "ilham mənbəyi" olmadığını vurğulayıblar.

News24.Az