Kilsədə iftar süfrəsi açıldı, azan oxundu
    • 31-03-2023, 11:13
    • 153

Kilsədə iftar süfrəsi açıldı, azan oxundu

İordaniyanın Es-Salt şəhərində kilsədə kimsəsiz uşaqlar üçün iftar süfrəsi açılıb, azan oxunub.

News24.az xəbər verir ki, bu il 200-ə yaxın kimsəsiz uşaq üçün iftar süfrəsi açılıb. 

İftar süfrəsinin təşkilatçılarından olan Raye Həlifət bildirib ki, bu, müsəlmanlar və xristianlar arasında sevgi və birliyi təsdiq edən davranışdır.

Qumral Əliyeva