Zəlzələdən bir nəfər reanimasiyaya düşüb – RƏSMİ
    • 6-02-2019, 12:42
    • 830

Zəlzələdən bir nəfər reanimasiyaya düşüb – RƏSMİ

“Azərbaycanda baş verən zəlzələ ilə bağlı gecə təcili yardıma 30 müraciət daxil olub. Onlardan üç nəfər Travmatologiya Şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub”.

Bu sözləri News24.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, ötən gecə Azərbaycanın Ağsu, İsmayıllı və Şamaxı bölgəsində baş vermiş zəlzələ zamanı bir nəfərin qolu sınıb, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub: “Xəsarət alanlara travmotologiya şöbəsində tibbi yardım göstərilib.

Bir nəfər cavan oğlanın həyəcandan dili tutulub. Həmin şəxsə də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin beyninə qan sızıb və hazırda Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır, vəziyyəti isə ağır qiymətləndirilir”.

P.Abubəkirovonu da əlavə edib ki, çağırışların bir çoxu insanların həyəcan keçirməsi və təzyiqlərin qalxması ilə əlaqəli olub.

Şəlalə AĞAYEVA