-
- 31-03-2023, 17:07
- 463
Türkiyədə partiya binasına silahlı HÜCUM- VİDEO
Türkiyədə “İYİ Partiya”nın İstanbulda yerləşən binasına şəxsiyyəti hələ müəyyən olunmayan şəxs və ya şəxslər tərəfindən silahlı hücum olub.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüntülərdən belə aydın olur ki, silahlı hücum nəticəsində partiyanın binasının pəncərələrinə ziyan dəyib.
Hücumdan sonra polis hadisə yerində araşdırmaları davam etdirir.
Xatırladaq ki, “İYİ Partiya”nın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək “Altılı masa”nı tərk edib. Lakin sonradan M.Akşener “Altılı masa”ya geri qayıdıb və “Millət İttifaqı”nın toplantısından sonra K.Kılıçdaroğlu vahid namizəd elan olunub.