Albaniyalı hücumçu: "Qarabağ"da çoxlu qol vuracağıma inanıram"
    • 31-03-2023, 21:37
    • 193

Albaniyalı hücumçu: "Qarabağ"da çoxlu qol vuracağıma inanıram"

"Bu komandada çoxlu qol vuracağıma inanıram. Hər bir hücumçu kimi mən də bunu istəyirəm".

News24.az-ın məlumatına görə, bunu "Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin telekanallarından birinə müsahibəsində deyib.

25 yaşlı hücumçu Ağdam klubunda əsas heyət üzvü olmaq istədiyini bildirib: "Bu səbəbdən daha çox oynamaq şansı qazanmalıyam".

O, "Qarabağ"a gələrkən çox yaxşı qarşılandığını söyləyib: "Açığı, bu cür isti münasibət gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Sadəcə, heyran qaldım".

Forvard Azərbaycan və Albaniya futbolunu da müqayisə edib: "Bizdən fərqli olaraq, burada çox sürətli və texnikalı oyun oynanılır. Yeganə fərq bundan ibarətdir".

Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.