Rusiya Avdeyevkanı atəşə tutdu: 2 nəfər həlak oldu
    • 1-04-2023, 00:29
    • 252

Rusiya Avdeyevkanı atəşə tutdu: 2 nəfər həlak oldu

Rus ordusu Avdeyevkaya hücum edərək biri körpə olmaqla iki nəfəri öldürüb.

 News24.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.

"Ruslar Avdeyevkanı artilleriyadan atəşə tutublar - iki nəfər həlak olub, onlardan biri 2022-ci il təvəllüdlü uşaqdır", - Yermak təfərrüatları bölüşüb.

Yermakın sözlərinə görə, hücumda iki nəfər yaralanıb, fərdi evlərə ziyan dəyib.