-
- Bu gün, 18:36
- 189
Portağal qabığının dəriyə bilmədiyiniz faydaları
Portağal bir neçə maddə ilə birləşdirildikdə dərini yeniləməyə və ölü dərini təmizləməyə kömək edir.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, kəskin dadı və gözəl qoxusu olan portağal ən çox C vitamini ehtiva edən meyvədir.
Portağal günə dinamik başlamaq istəyənlər və ya immun sistemini gücləndirmək istəyənlər üçün əla seçimdir. Portağal və təzə sıxılmış portağal şirələri ilə bir çox xəstəliyə qarşı müqavimət qazanmaq mümkündür.
Ürəyin zədələnməsinin qarşısını alan portağal bədənin müxtəlif nahiyələrindəki qançırlar və çürüklərin qısa müddətdə sağalmasını təmin edir. Tərkibində yüksək miqdarda turşu olan qidalar dəridəki artıq yağların udulmasına kömək edir.
Bu meyvəni və ya qabığını düzgün tətbiq etməklə dəri üzərində çoxsaylı müsbət təsirlərindən faydalana bilərsiniz. Bundan əlavə, portağal qabığı təbii bir pilinqdir, qara nöqtələrin təmizlənməsində böyük rol oynayır. Dəridəki sızanaq izlərini aradan qaldırır.
Üstəlik, vitaminlərlə zəngin olmaqla yanaşı, dərini rəngləndirir, quruluşunu hamarlayır və sıxır. C vitamini ilə zəngin olduğu üçün qocalma əlamətləri ilə mübarizə aparır və qırışların qarşısını alır. Dərini sıxır və ona sağlam parlaqlıq və canlılıq verir.
Portağaldakı kalsium sayəsində sağlam sümüklərə və dişlərə sahib ola bilərsiniz.
Potağal qabığı ilə hazırlanan maska resepti
- 2 xörək qaşığı portağal suyu və 4 xörək qaşığı unu qarışdırın. Bütün üz və boyun nahiyəsinə çəkin və 20 dəqiqə saxlayın. İsti su ilə yuyun və təmiz bir dəsmal ilə qurulayın.
Bu maska resepti dərinizin sağlam görünməsinə kömək edəcək.
Dərini nəmləndirən maska
- 2 xörək qaşığı portağal suyu və 1 xörək qaşığı qatığı bir qabda yaxşıca qarışdırın. Bütün üzünüzə çəkin, 5 dəqiqə saxlayın, sonra su ilə yuyun.
Sızanaqlar üçün maska
- 2 çay qaşığı portağal qabığı tozu, 1 çay qaşığı yulaf əzməsi və yarım çay qaşığı sodanı şüşə qabda yaxşıca qarışdırın.
Bu qarışığı yalnız sızanaq olan nahiyələrə çəkin. Qısa müddətdə dəyişikliyi görəcəksiniz.