Fazil Mustafanın həyat yoldaşı: ”Həkimləri danışmağa icazə vermir, yaraları sağalır”
    • 1-04-2023, 12:41
    • 1 697

Fazil Mustafanın həyat yoldaşı: ”Həkimləri danışmağa icazə vermir, yaraları sağalır”

Xəbər verdiyimiz kimi, martın 28-də yaşadığı yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın bir neçə gündür ki, reabilitasiya prosesi gedir. 

News24.az-ın əməkdaşı deputatın səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlamağa cəhd edib.

Zəngimizdə millət vəkilinin həyat yoldaşı Zülfiyyə Mustafa cavab verib.

O, millət vəkilinin səhhəti barədə bunları deyib: “Şükür Allaha, indi yaxşıdır. Yaraları sağalır. Özünü yaxşı hiss edir. Amma həkimləri danışmağa icazə vermir”.