Fəhlə anidən dünyasını dəyişdi

Fəhlə anidən dünyasını dəyişdi Hadisə

Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fəhlə işləyən zaman qəfildən halı pisləşib və hadisə yerindəcə həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.