"McDonald's" qlobal ixtisar dalğasına qoşulur
    • 3-04-2023, 10:09
    • 155

"McDonald's" qlobal ixtisar dalğasına qoşulur

"McDonald's" ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağlayıb və ixtisara hazırlaşır.

News24.az xəbər verir ki, restoranlar şəbəkəsinin Çikaqodakı ofisi  ötən həftə ABŞ və bəzi beynəlxalq işçilərinə elektron poçt göndərərək onlardan bazar ertəsindən çərşənbə gününə qədər evdən işləməyi xahiş etdib.

Sözügedən elektron məktubda aprelin 3-də başlayacaq həftədə şirkət daxilində vəzifələr və kadrlarla bağlı mühüm qərarların bildiriləcəyi, lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilmədiyi bildirilib.

Qeyd edək ki, "McDonald's"-ın baş icraçı direktoru Kris Kempczinski yanvar ayında verdiyi açıqlamada şirkətin bəzi işçilərinin ixtisar ediləcəyini  açıqlamışdı. /Anadolu Ajansı/