Nərimanovun abidəsi ilə bağlı YENİ AÇIQLAMA
    • 3-04-2023, 11:26
    • 249

Nərimanovun abidəsi ilə bağlı YENİ AÇIQLAMA

Naxçıvan Şəhər İcra Hakimiyyəti Nəriman Nərimanovun Böyük bağ ərazisində yerləşən abidəsinin sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.

News24.az xəbər verir ki, məsələ ilə bağlı APA-nın yerli bürosuna açıqlama verən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pəncalı Hüseynov qeyd edib ki, heykəl müəyyən səbəblərdən ərazidən götürülüb və qarşıdakı günlərdə yerinə qaytarılacaq:

“Naxçıvanda yağıntılar səbəbindən heykəlin alt hissəsində çökmə baş vermişdi və bu səbəbdən heykəlin ətrafı hasara alındı və götürüldü. Bu gündən başlayaraq ərazidə bərkitmə işləri gedir, heykəlin yeri armaturla toxunur. İşlər başa çatdıqdan sonra Nəriman Nərimanovun heykəli yerinə bərpa ediləcək. İşlərin nə vaxt başa çatacağı isə hava şəraitindən asılıdır".