Ramiz Novruzla Nazpəri Dostəliyevanı bağlayan tellər... – Qızı açıqladı
    • 3-04-2023, 13:57
    • 630

Ramiz Novruzla Nazpəri Dostəliyevanı bağlayan tellər... – Qızı açıqladı

“Yaxşı ki, atamı yad edən dostları var. Nazpəri xanım bizim doğmamızdır. Atam onu çox istəyirdi. Bir dost, bir bacı kimi dəyər verirdi”.

News24.az “Sherg.az”-a istinadən xəbər verir ki, bu sözləri instaqramda mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz Xalq artisti Nazpəri Dostəliyeva haqda yazıb. 

O, müğənninin “Xəzər axşamı” verilişində atası haqda danışdıqlarını paylaşaraq bunları qeyd edib: “Nazpəri xanım haqda kimsə mənfi danışa bilməzdi, həmin an sərt cavab alardı. Bəli, vida mərasimində gözümüz Nazpəri xanımı axtarırdı. Allah sizi qorusun, atamın əmanəti. Sizi nəinki Ramiz Novruzun ailəsi,  bütün xalq sevir”. Qeyd edək ki, R. Novruz bu ilin fevralında xərçəngdən dünyasını dəyişib.