-
- 6-02-2019, 18:35
- 3 037
Sevgililər gününə 6 ideal seçim - FOTO
Müqəddəs Valentin Günü dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da Sevgililər günü kimi qeyd edilir!
Həmin gün insanların biri-birilərinə sevdiklərini bir daha xatırlatmaq, hədiyyə alıb-vermək, gözəl anlar keçirmək üçün çox gözəl düşünülüb.
Sevgililər günü sevənlər xüsusilə sevdiklərini sevindirmək, könüllərini xoş etmək üçün hədiyyə seçməyə, qeyri-adi süfrə açmağa və sair maraqlı sürprizlər etməyə meyillənirlər. Bəs bu xüsusi gündə nə kimi sürprizlər etmək olar ki, qarşı tərəf məmnun qalsın? Bu sualla bir çoxu üzləşdiyindən 6 maraqlı ideya təqdim edirik:
1. Unudulmaz təəsürat və emosiya: bu, yeni qurulmuş münasibətdə növbəti etap və davamiyyət üçün sanki qanad verir. Qış vaxtı ən yaxşı romantik sürpriz hansısa isti ölkəyə səyahətdir. Siz sevdiyiniz insana belə bir sürpriz etməklə, Sevgililər gününüzü unudulmaz təəsürat və sevgi dolu emosiyalardan ibarət edə bilərsiz.
2. Şam işığında romantik şam yeməyi: Adi görünə bilər, amma sözügedən yeməyi xüsusilə kişi hazırlayıbsa, o zaman bunun ləzzəti başqadır. Xüsusi təamlar, şampan, rəngarən şamlar, gül çələngi, qızılgül ləçəkləri, fonda asta səsdə həzin, xoş musiqi - bu kompozisiya qarşı tərəf üçün çox uyğundur. Məkan olaraq isə zövqünüzə uyğun yeri seçə bilərsiz. Bəhs edilən romantik şam yeməyi hissləri daha da möhkəmləndirərək, yaddaşınızda xoş izlər buraxacaq.
3. Evlilik təklifi: Bu möhtəşəm ani bütün qızlar yaşamağı arzulayır - xüsusilə də Sevgililər günündə. Fərqi yoxdur, təklifi istər təklikdə, istər yad adamların, istərsə də doğmalarınızın yanında edin. Əsas odur ki, təklif aşırı gözəl və orijenal olsun. O an sanki sehirli magiyaya bərabərdir.
4. Qırmızı və şirin hədiyyə: Əgər sevgiliniz şirniyyat yeməyi sevirsə, elə isə ona şirniyyat hədiyyə etmək əla variantlardan biridir. Amma bir şərtlə ki, rəngi qırmızı olsun. Hələ o qırmızı şirniyyat ürək formasında olarsa, bu, əsl ideal seçimdir.
5. Ev heyvanı: Ola bilər ki, sevgiliniz ev heyvanlarını çox sevir. Hətta bununla bağlı aksiyalar həyata keçirir. Demək ki, onun üçün Sevgililər günündə ən yaxşı hədiyyə ev heyvanı olacaq. Sizin hədiyyə edəcəyiniz "canlı oyuncaq" sizi onun gözündə daha da ucaldacaq və mehriban, nəvazişli, qayğıkeç insan olduğunuzu üzə çıxardacaq.
6. Fotosessiya: Sevgilinizə yeni imic hədiyyə edin. Bunun üçün ondan xəbərsiz gözəl libas alın, fotostudiya kirayələyin, ora stilist, vizajist təyin edin. Daha sonra isə sevgilinizə fotostudiyanın ünvanı qeyd olunmuş sevgililər gününə aid dəvət açıqcası yollayın. Özünüz isə fotostudiyada onun yolunu gözləyin. Belə bir hədiyyə sevgilinizə nəinki bayram əhval ruhiyyəsi gətirəcək, üstəlik bayramdan xoş təəsüratlı xatirə fotosessiyası yadigar qalacaq.
Şərt o deyil ki, Sevgililər günündə sevgilinizə bahalı hədiyyə bəxş edəsiz. Unutmayın, qiymət vacib deyil. Vacib olan hədiyyənin mənəvi dəyəridir.
Azər NƏSİBOV