-
- 4-11-2024, 20:47
- 3 155
Səhərlər meyvə şirəsi yoxsa su? - Hansı daha faydalıdır?
“Səhər susuzluğunuzu meyvə şirəsi ilə yox, su ilə yatırtmaq lazımdır”
News24.az Medianews.az-a istinadən xəbər verir ki, bunu terapevt və nevroloq İolanta Lalite deyib.
Onun sözlərinə görə, bəzi məhsullar səhvən faydalı hesab olunur və səhərlər portağal suyu içmək vərdişi zərərlidir. “Meyvə şirəsini balaca uşaqlara verildiyini nəzərə alsaq, bu, şirəni saxta reputasiyaya malik məhsullar kateqoriyasına daxil edir. Meyvə şirəsində lif yoxdur, lakin sürətli karbohidratlar çoxdur. Biz uşaqlara susuzluqlarını şəkərli içkilərlə yox, su ilə yatırtmağı öyrətməliyik”, – deyə o bildirib.
Həkim həmçinin şəkərsiz qazlı sulardan sui-istifadə etməməyi tövsiyə edib. O deyib ki, əgər insan daim şəkəri tatlandırıcılarla əvəz edərsə, o, şirniyyat həvəsindən qurtulmur, əksinə, bir şirniyyatı digəri ilə əvəz edir.
Həkim bitki südünün faydalarına şübhə edib. O, bunu laktoza dözümsüzlüyü olan insanlar üçün yaxşı alternativ adlandırıb, lakin bu içkinin tərkibində artıq çəki olan insanlar üçün zərərli ola biləcək əlavə şəkərin olduğunu da vurğulayıb.
Həkimin sözlərinə görə, ümumiyyətlə, ən sağlam yemək bişirilməmiş yeməkdir.