Xəstəxanadan çıxan Mehriban Zəkidən ilk paylaşım - FOTO
    • 3-04-2023, 22:07
    • 573

Xəstəxanadan çıxan Mehriban Zəkidən ilk paylaşım - FOTO

Bir neçə gün öncə xəstəxanadan evə buraxılan Xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında paylaşım edib.

News24.az xəbər verir ki, Xalq artisti öz fotosunu paylaşaraq bu sözləri əlavə edib:

"Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən".

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.