Ailəsi Ramiz Novruzla vida mərasiminin teatrda keçirilməməsindən danışdı - VİDEO
    • 4-04-2023, 02:08
    • 510

Ailəsi Ramiz Novruzla vida mərasiminin teatrda keçirilməməsindən danışdı - VİDEO

Mərhum Xalq artisti Ramiz Novruzun ailəsi vida mərasiminin teatrda olmamasının səbəbləri barədə danışıb.

Bu barədə aktyorun qızı Şəfəq Novruzova “Instagram” hesabında açdığı canlı yayımda məlumat verib. 

O, Xalq artisi Əli Nurun R.Novruzun nəşinin Akademik Milli Dram Teatrından götürülməməsini tənqid etməsinə münasibət bildirib:

“Əli Nur emosiyalarına qapılıb dedi ki, Ramiz Novruz niyə teatrdan götürülmədi? Bunu sevgisindən etdi. Xalqın sevgisi mənim üçün hər şeyə dəyər”.

R.Novruzun aktyor oğlu Cavidan Novruz isə bunun səbəbini açıqlayıb: “O şəkildə vida edilməsi bizə bəs etdi. Bəzi öz mənafeyini güdənlər Ramiz Novruzun ailəsi kənarda qalıb, özləri danışırlar. Teatrdan götürülməməsinin səbəbini açıqlayım - oranın aktyoruyam, bundan əvvəl də dünyasını dəyişən sənət adamları oldu ki, teatrdan götürülmədilər. Pandemiya ərəfəsində buna qadağa qoyulub. Biz o tərəfləri düşünmürük. Atamızın cənazəsinin bu cür adına layiq yola salınması bizə bəs etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Akademik Milli Dram Teatrı atam üçün əlindən gələni etdi. Hamıya təşəkkür edirəm”.

Qeyd edək ki, Ramiz Novruz fevralda uzun sürən xərçəng xəstəliyindən sonra 67 yaşında dünyasını dəyişib.