Məşhur cütlük 10 il sonra yenidən qovuşdu - FOTO
    • 6-02-2019, 20:41
    • 1 170

Məşhur cütlük 10 il sonra yenidən qovuşdu - FOTO

Məşhur Bollivud aktyorları Akşay Kumar və Karina Kapur Xanın pərəstişkarlarına yaxşı mənada həyəcanlandırıcı xəbər var.

News24.Az xəbər verir ki, iki məşhur 10 il müddətdən sonra yenidən tərəf müqabili olacaqlar. Onlar "Yaxşı xəbərlər"/"Good news" (2019) filmində birgə görünəcəklər.

Əslində filmin çəkilişi haqda uzun müddət sadəcə söhbət var idi. Lakin bu yaxınlarda filmin rejissoru Karan Cohar məlumat verərək bildirib ki, artıq çəkilişlərə start verilib. Eyni zamanda, A. Kumar da bu haqda məlumat verərək, çəkilişlərdən ilk fotonu şəxsi instagram hesabında paylaşıb.

Kumar çəkilişlər zamanı Karinaya bir daha heyran olduğunu və 10 il əvvəl olduğu kimi, aktrisanın dəyişmədiyini bildirib. 

"Yaxşı xəbərlər" filmi dram janrındadır. Filmin premyerası bu ilin 6 sentyabrına nəzərdə tutulub.

Xatırladaq ki, Akşay və Karina sonuncu dəfə 2009-cu ildə "İnanılmaz sevgi"/"Kambakkht ishq" filmində birgə rol almışdılar. Filmdə qonaq aktyor kimi Hollivud ulduzları Silvestr Stallone və Denis Riçards da rol almışdılar. 

News24.Az