Ramiz Novruzun məzar daşı - Video
    • 4-04-2023, 10:48
    • 589

Ramiz Novruzun məzar daşı - Video

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzun ailəsi instaqramda canlı yayım açaraq bir çox sualları cavablandırıblar. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, övladları mərhumun məzar daşının görüntüsünü nümayiş etdiriblər. Aktyorun qızı Şəfəq Novruz bildirib ki, atasına fərqli məzar daşı düzəltdirmək istəyiblər:

"Qəbrin eskizini Cavidan (oğlu, aktyor Cavidan Novruz-red.) çəkdi. Şəkillərin bəzisini də mən seçdim. Yaratdığı obrazlardan fotolar yerləşdirdik. Ən əsası isə onun Həzi Aslanov obrazının görüntüsü var".

Cavidan isə "Məzar daşında "Sizi dünyalar qədər sevirdim" filmindəki Həzi Aslanov obrazının sözləri yazılıb" sözlərini əlavə edib.  

Şəfəq əlavə edib ki, atasının müalicəsi üçün heç bir pul xərcləməyiblər:

"Atamın bütün xərcini Heydər Əliyev Fondu çəkib. Bizim ona bir manat xərcimiz çıxmayıb. Hətta yas mərasimini də dövlət ödədi. Ona görə də dedik ki, heç olmasa atamın məzarını biz övladları düzəltdirək".