"Azəristiliktəchizat" rəhbərliyi İsmayıllıda vətəndaş qəbulu keçirəcək
    • 4-04-2023, 17:57
    • 259

"Azəristiliktəchizat" rəhbərliyi İsmayıllıda vətəndaş qəbulu keçirəcək

Aprelin 25-də saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev İsmayıllı və Qəbələ sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Bu barədə News24.az ASC-yə istinadən xəbər verir.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qəbul İsmayıllı rayonu, Heydər Əliyev pr. 51 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Məlumat və əlaqə üçün:

(+994 77) 419 00 67

(+994 77) 418 00 18

E-mail: [email protected]