-
- Bu gün, 03:53
- 195
Diktator Mussolininin futbolçu nəvəsi gündəm oldu DANIŞDI
İtaliya diktatoru Benito Mussolininin B Seriyasının komandası "Yuve Stabia"da çıxış edən nəvəsi Romano Floriani Mussolininin vurduğu qol ölkədə gündəm mövzusuna çevrilib.
News24.az” xəbər verir ki, qoldan sonra gənc futbolçunun adının tribunalarda böyük coşqu ilə səslənməsi İtaliyada müzakirələrə səbəb olub. Belə ki, "Yuve Stabia" B seriyasının 18-ci həftəsində qonaq olduğu "Çezena"nı Romano Florianinin qolu ilə 1:0 hesabı ilə məğlub edib.
Bu qol ilə Romano Floriani karyerasında ilk qolunu vurub.
sonra onun adının tribunalarda böyük coşqu ilə səslənməsinin problem olmadığını düşünənlər olsa da, buna qarşı çıxanlar da olub. Digər tərəfdən, 21 yaşlı sağ cinah müdafiəçisi əvvəlki açıqlamasında Floriani deyil, Mussolini soyadını istifadə etmək istədiyini bildirmişdi. Gənc futbolçunun tam adı Romano Floriani Mussolinidir. Qeyd edək ki, 21 yaşlı sağ cinah müdafiəçisi Mussolini bu mövsüm 19 rəsmi matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Gənc futbolçunun transfer qiymətini saxlayan "Latsio" ilə 2026-cı ilə qədər müqaviləsi var. /cebheinfo.az