-
- 4-04-2023, 18:33
- 390
Araz Əlizadənin partiyasından YENİ XƏBƏR VAR
1989-cu ildə təsis edilən və 1990-cı ildə dövlət qeydiyyatına alınan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) fəaliyyətinə son verib.
News24.az xəbər verir ki, siyai partiya bu barədə bəyanat yayıb.
Partiyanın sədr müavini Səməd Əlizadənin imzaladığı bəyanatda bildirilir ki, Partiya öz yaradıcısı və əsas ideoloqu hesab olunan liderini itirdiyi üçün fəaliyyətinə son qoyur.
İdeologiyasının əsasında sosial-demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması duran ASDP Xalq Cəbhəsinin fəalları Zərdüşt Əlizadə, qardaşı Araz Əlizadə və Leyla Yunus tərəfindən təsis edilib.
Partiyanın sonuncu sədri Araz Əlizadə 6 oktyabr 2022-ci il tarixində onkoloji xəstəlik səbəbi ilə vəfat edib.
Qeyd edək ki, son iki ayda Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 8-ə çatıb. Bundan əvvəl Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.