DSX-də müəmmalı əsgər ölümü: Həbs edilən var
    • Bu gün, 07:06
    • 433

DSX-də müəmmalı əsgər ölümü: Həbs edilən var


Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb