Xankəndiyə gedən azərbaycanlı həkim: “Ermənilərlə danışdıq…”
    • 5-04-2023, 10:33
    • 302

Xankəndiyə gedən azərbaycanlı həkim: “Ermənilərlə danışdıq…”

Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi.

News24.az xəbər verir ki, bunu “Report”a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib:

“Daha sonra onları bizim nəzarətimiz altında Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq”.

Azərbaycanlı həkim Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyib:

“Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.