-
- Bu gün, 02:35
- 75
Qurani-Kərimi yandıran şəxs "dövlətə xəyanət"ə görə həbs edildi
Rusiya məhkəməsi ötən il Qurani-Kərimi yandıran Nikita Juravlyovu "dövlətə xəyanət" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.
News24.az Söz.az-a istinadən xəbər verir ki, Juravlyovun Rusiya ordusunun Ukraynadakı əməliyyatlarına qarşı çıxdığı, Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə Qurani-Kərimi yandırdığı və bununla da Rusiyanın təhlükəsizliyini təhdid etdiyi bildirilib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib.
Qeyd edək ki, Nikita Juravlyob 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığı üçün saxlanılaraq Çeçenistana göndərilib.
Çeçenistan məhkəməsi fevralın 27-də onu “mənəvi dəyərləri təhqir etmək və ictimai nizamı pozmaq” ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edib.