Vilayət Hacıyev dəfn olundu - FOTOLAR
    • 5-04-2023, 12:10
    • 263

Vilayət Hacıyev dəfn olundu - FOTOLAR

Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

News24.az  xəbər verir ki, əvvəlcə mərhumla Heydər Məscidində vida mərasimi olub. Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, qələm dostları, ədəbi-ictimai xadimlər, media mənsubları iştirak edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılaraq orada dəfn olunub.

Xatırladaq ki, Vilayət Hacıyev uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

Böyük tərcüməçilik fəaliyyəti olan Vilayət Hacıyev Erix Mariya Remark, Haynrix Böll, Frans Kafka kimi dünyaca məşhur yazıçıları orijinaldan dilimizə çevirib.