-
- 7-02-2019, 13:29
- 1 191
Ağakərimin ayaqları tutuldu - Məşhur meyxanaçının vəziyyəti pisləşdi - FOTO
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub.
Bunu "Hər şey daxil"ə telefon vasitəsi ilə qoşulan meyxanaçının oğlu Kamil məlumat verib.
Kamil atasının artıq iki həftədir yeriyə bilmədiyini deyib:
"Vəziyyəti 1 aydır pisləşib. Ayaqları isə artıq iki həftədir tutulub. Özəl xəstəxanalardan birində müalicə etdirdik. 6 gün orada qaldı. Bir az maddi çətinlik çəkdiyimizə görə, xəstəxanaya köçürdüyümüz məbləğ yetərli olmadı. Ona görə də müalicəsi yarımçıq qaldı, xəstəxanadan çıxarmalı olduq. Həkimlər deyirlər ki, "Xəstəxanada müalicəsi daha düzgün gedər, nəyinki evdə. Xəstəxanada qalsa, 2 aya ayağa qaldırarıq onu". 2 aylıq müalicəsi üçün 20-25 min manat lazımdır".
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb.