Bakının məşhur məktəbində kütləvi zəhərlənmə - FOTO
    • 6-04-2023, 13:22
    • 198

Bakının məşhur məktəbində kütləvi zəhərlənmə - FOTO

Bakıda orta məktəbdə kütləvi zəhərlənmə olub.

News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyində baş verib. 

Zəhərlənmənin məktəbin 4-ci sinif şagirləri arasında olduğu ehtimal edilir. 

Hadisə yerinə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının həkim biriqadası cəlb edilib.