-
- 26-11-2019, 15:10
- 1 498
Gəncədə 1-ci sinif şagirdi məktəbdə ölüb - YENİLƏNİB
Gəncə şəhər 16 nömrəli orta məktəbdə ölən şagirdin adı məlum olub.
News24.az Report-a istinadən xəbər verir ki, bu, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli olub.
Hazırda onun ölüm səbəbləri araşdırlır.
İlkin ehtimallara görə, 6 yaşlı qız xəstəlikdən ölüb. Onun ölümünün dəqiq səbəbləri aparılan tibbi ekspertizadan sonra məlum olacaq.
*** 14:04
Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.
News24.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 6 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.