-
- 7-02-2019, 15:56
- 1 202
“Eurovision 2019”da Azərbaycanın elan etdiyi mahnı kastinqinə Avropa, Amerika və Braziliya bəstəkarları mahnılarını göndəriblər
“Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçilməsi üçün elan olunan kastinqə bir çox ölkələrdən müəlliflər mahnılarını göndəriblər.
İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, bunu Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova deyib.
H.Məhhərmova xatırladıb ki, ölkəmizi təmsil edəcək mahnının və sözlərin seçimi üçün bu ilin 24 yanvarında müsabiqədə yerli və eləcə də xarici müəlliflər arasında müsabiqə elan edilib:
“Bununla əlaqədar 350-dan çox müraciət almışıq. Çox sevindirici haldır ki, ölkəmizi 2019-cu ildə Eurovision yarışmasında təmsil etmək üçün Azərbaycan müəllifləri ilə yanaşı, Avropa, Amerika, Avstraliya, hətta Braziliyadan bəstəkarlar da öz mahnılarını göndəriblər. Mahnı göndərmək istəyən müəlliflər fevralın 7-si - yəni bu günün sonuna qədər [email protected] email ünvanına öz mahnılarını göndərə bilərlər”.
Ülkər QASIMOVA