"Eurovision" təmsilçimizdən açıqlama: ""Həqiqət"i açığlayacağam!" - VİDEO
    • 11-03-2019, 19:37
    • 1 224

"Eurovision" təmsilçimizdən açıqlama: ""Həqiqət"i açığlayacağam!" - VİDEO

Bu il Azərbaycanı "Eurovision 2019" mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan müğənni Çingiz Mustafayev şəxsi "Facebook" hesabında açıqlama edib.

News24.az xəbər verir ki, ifaçı İsrailin Tel-Əviv şəhərində baş tutacaq mahnı müsabiqəsindəki çıxışı haqda bunları deyib:

""Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək mənim üçün həm çox sevindirici, həm də qürur vericidir.

Mən, may ayında Tel-Əvivdə "Həqiqət"-i açığlayacam! Dostlar, ümid edirəm ki, mahnı və videoklipi bəyənəcəksiniz.

Mənim ad günüm mübarək. Mən bu özəl günü bu gün studiyada keçiririrəm. Sizin üçün yeni işlər üzərində çalışıram".

//News24.az