Bu küçədən sola dönməyin: Kameralar çəkir - VİDEO
    • 6-04-2023, 16:09
    • 185

Bu küçədən sola dönməyin: Kameralar çəkir - VİDEO

Paytaxtın daha bir küçəsində kameralar işə düşüb. Avtosfer.az xəbər verir ki, söhbət Akim Abbasov küçəsilə Mirəli Seyidov küçəsinin kəsişməsindən (Yasamal parkının yaxınlığından) gedir.

News24.az xəbər verir ki, A.Abbasov küçəsində hərəkətin düzünə təşkil edilməsi ilə bağlı asfalt üzərində nişanlanma xətti var. Lakin sürücülər həmin kəsişmədə nişanlanma xəttinin tələbini pozaraq sola dönürdülər. Hal-hazırda sözügedən kəsişmədə quraşdırılmış nəzarət kameraları işə düşüb. 

Sola dönən sürücülər barəsində elektron qaydada cərimələr tətbiq edilir.