Bu vərdiş sizi saniyələr içində iflic edə bilər
    • Bu gün, 21:18
    • 191

Bu vərdiş sizi saniyələr içində iflic edə bilər

Son illər sosial şəbəkələrdə populyarlaşan krekinq (Manual terapiya olaraq da bilinən əl terapiyası) videoları əyləncəli və məsum bir prosedur kimi görünsə də, sağlamlıq üçün ciddi risklər daşıyır. Bu nəzarətsiz prosedurlar onurğanın sağlamlığına təhlükə yarada və iflic kimi geri dönməz problemlərə səbəb ola bilər. 

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, fiziki təbabət və reabilitasiya mütəxəssisi Dr. Gökhan Özkoçak bu mövzuda həyati xəbərdarlıqlar edib və manual terapiyanın sağ əllərdə tətbiqinin vacibliyinə diqqət çəkib.

Manual terapiyanın tibbdə öz yeri olan bir üsul olduğunu, lakin bu əməliyyatlardan əvvəl mütəxəssis həkimin xəstəni müayinə etməsi lazım olduğunu ifadə edən həkim deyib: "Onurğanın quruluşunu qiymətləndirmək üçün rentgen, tomoqrafiya və ya MRT (maqnit rezonans görüntüləmə) kimi görüntüləmə üsullarından istifadə edilməlidir. Çünki onurğanın arxasında bütün sinir sistemimizi idarə edən çox həssas damar və sinir paketləri var. Nəzarətsiz müdaxilələr iflic kimi ciddi nəticələri ola bilər".

Bərbərdə və ya uyğun olmayan şəraitdə terapiya əməliyyatının ciddi yaralanmalara səbəb ola biləcəyini ifadə edən həkim qeyd edib: "Onurğa beyni iflici bu prosedurun səhv tətbiqi nəticəsində meydana gələ biləcək ən pis ssenarilərdən biridir. Bu vəziyyət bütün bədəndə zəifliyə və həyat keyfiyyətində dramatik azalmalara səbəb ola bilər".

Sosial mediada yayılan krekinq prosesi ilə bağlı şişirdilmiş videoların ictimaiyyəti çaşdırdığını söyləyən Dr. Özkoçak "Bu videolarda eşidilən səslər ümumiyyətlə səs yazıcıları ilə gücləndirilmiş effektlərdir. Bu cür yüksək səslər real müalicədə olmur. Səsin olması müalicənin uğurlu olması demək deyil" deyib.

Manual terapiyanın düzgün tətbiq edildiyi zaman əzələ və birləşdirici toxumadakı sıxılmaları gevşetərək rahatlama təmin etdiyini ifadə edən Özkoçak əlavə edib: "Müalicə yalnız sertifikatlı və mütəxəssislər tərəfindən aparılmalıdır. Onurğamız bədənimizin almazıdır. Sinirlərimizin keçdiyi bu bölgəyə edilən hər hansı bir müdaxilə böyük risk daşıyır. Nəzarətsiz prosedurlardan qaçın və mütləq mütəxəssis dəstəyi alın".