İsrail raketlə vurulur: Netanyahu təcili iclas çağırdı - Video
    • 6-04-2023, 17:07
    • 333

İsrail raketlə vurulur: Netanyahu təcili iclas çağırdı - Video

Livandan İsrailə kütləvi raket hücumu başlayıb.

News24.az xəbər verir ki, bu haqda İsrailin “kodkodgroup” Teleqram kanalı məlumat yayıb.

Atılan raketlərdən 15-i Dəmir Qübbə tərəfindən zərərsizləşdirilsə də, yaşayış yerlərinə düşən raketlər də var.

Hücum nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Baş nazir Netanyahu Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Hayfa hava limanı və ölkənin şimal hissəsində hava məkanı uçuşa bağlanıb. İsrail qırıcılarının Livan istiqamətində uçuşlar keçirdiyi bildirilir./axar.az/