Dünya Bankı Azərbaycanın dövlət büdcəsi ilə bağlı proqnozunu AÇIQLADI
    • 6-04-2023, 18:10
    • 494

Dünya Bankı Azərbaycanın dövlət büdcəsi ilə bağlı proqnozunu AÇIQLADI

Dünya Bankı (DB) Azərbaycanın 2025-ci ilə kimi dövlət büdcəsi ilə bağlı proqnozunu yeniləyib.

News24.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.

Hesabata görə, Azərbaycanın dövlət büdcəsinin ümumdaxili məhsulda (ÜDM) payı 2022-ci ildəki 5,5%-dən 2023-cü ildə 4,8%-ə enəcək. Büdcənin ÜDM-də payı 2024-cü ildə 4,0%, 2025-ci ildə isə 3,0% təşkil edəcək.

"Fiskal balansın ortamüddətli perspektivdə profisitdə qalacağı və ÜDM-in orta hesabla 3,9 faizini təşkil edəcəyi təxmin edilir" - Dünya Bankının şərhində qeyd edilib.