İsrailin Fələstinə hava hücumu başladı
    • 7-04-2023, 10:24
    • 248

İsrailin Fələstinə hava hücumu başladı

İsrail Müdafiə Qüvvələri Qəzzaya hava hücumlarının başladığını açıqlayıb.

News24.az
xəbər verir ki, eyni zamanda İsrail ordusu gecə saatlarında Livana da hücuma keçib.

Qeyd edək ki, İsrailin Məscidül-Əqsaya basqın etməsindən sonra gərginlik artıb. İkinci dəfə məscidə hücum edən İsrail polisi namaz bitməmiş məscidi boşaltmağa çalışıb. Qüds İslam Vəqfləri İdarəsi səs bombası və rezin güllələrdən istifadə edildiyini, Fələstin Qızıl Ayparası isə ikinci basqında 6 nəfərin yaralandığını bildirib. Hadisələrdən sonra İsrail ordusu Livandan 34 raket atıldığını, raketlərin qəlpələri nəticəsində 2 nəfərin yüngül xəsarət aldığını bildirib. 

Qumral Əliyeva