Ərinin içkilərinə zəhər qatdı: Gizli kamera ilə üzə çıxdı
    • 7-04-2023, 11:17
    • 283

Ərinin içkilərinə zəhər qatdı: Gizli kamera ilə üzə çıxdı

ABŞ-ın Kaliforniya ştatında yaşayan 46 yaşlı dermatoloq Emili Yu ərini zəhərləməkdə ittiham edilib. 

News24.az xəbər verir ki, qadın ərinin mətbəxə yerləşdirdiyi gizli kamera sayəsində cinayət başında yaxalanıb.

Qadının əri, rentgenoloq Cek Çen 2022-ci ilin aprelində xəstələnəndə həyat yoldaşından şübhələnməyə başlayıb: “İçkidə kimyəvi dad hiss etməyə başladım.” 

Həkim mədə xorası iltihabı diaqnozu qoyub. Kamera görüntüləri dəhşətli həqiqəti üzə çıxarıb.

Məlum olub ki, Emili Yu həyat yoldaşının içkilərinə kanalizasiya təmizləyicisi töküb.

Cek Çen arvadının ona hazırladığı çaydan nümunələr götürərək analizə göndərib. Nəticədə Emili Yu həbs edilib.